• Kilsə 1909-cu ildə memar M.F.Verjbitskinin layihəsi əsasında rus stilində, məşhur Azərbaycan milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin şəxsi maddi yardımı və ianələr hesabına inşa edilmişdir. Kilsənin açılışında o dövrün görkəmli siyasi və din xadimləri, o cümlədən rus çarının Qafqazdakı canişini qraf Vorontsov-Daşkov iştirak etmişdir. İlk zamanlar məbəd 262-ci Salyan piyada ehtiyat alayının tabeliyində idi və onların mənəvi ehtiyaclarını ödəyirdi. 1920-ci ildə Sovet hakimiyyəti dövründə kilsə ilk bağlanan ibadət yerlərindən biri olmuşdur. Məbəd kommunist rejimi vaxtı anbara çevrilmiş, bir müddət sonra isə idmançıların ixtiyarına verilərək, idman zalı kimi istifadə olunmağa başlanmışdır.

Ətraflı
  •  “Fairmont Baku” otelində yaradılan şərait öz görkəmini sürətlə dəyişən Bakının artıq dünyanın ən gözəl şəhərləri sırasında yerini möhkəmləndirdiyini göstərir. Müasir dizaynı ilə seçilən bu kompleksdə beynəlxalq və milli memarlıq üslubu peşəkarlıqla uzlaşdırılmışdır. Azərbaycan dövlətinin və xalqının milli-mənəvi dəyərlərinə, zəngin irsinə göstərdiyi həssas münasibət bu otel kompleksinin inşası zamanı başlıca meyarlardan olmuşdur. Otelin nömrələrin hamısından şəhərə və Xəzər dənizinə gözəl mənzərə açılır. Otel qülləsində ümumi sahəsi 2,3 min kvadratmetrdən çox olan və özündə idman zalı, hovuz və digər istirahət yerlərini birləşdirən xidmət sahələri yaradılmışdır.

Ətraflı
  • Karvansaray Şərq memarlığının ən mühüm komponentlərindəndir. Memarlığın bu "inciləri" olmadan bir şərq şəhərini təsəvvür etmək çətindir. Dövrün tacirlərinin tikdirdiyi həmin binalarda karvanlar saxlanar, insanlar dincələr və yollarına davam edərdilər. Orta əsrlərdə dövründə hərbi və sərhədlərin müdafiəsi məqsədilə tikilmiş, sonralar daha çox ticarət əhəmiyyəti daşıyan binalar da karvansara adlandırılmışdır.

    Bütün karvansaraylar iki növə bölünürdü: açıq və qapalı. İçərişəhərdə qədim özbək şəhəri Buxaranın adını daşıyan bir karvansara var. Adı kimi, tarixi də qədim dövrə gedib çıxan bu məkan öz əvvəlki görnüşünü olduğu kimi qoruyub-saxlayıb.

Ətraflı
  • Azərbaycan torpağında xalçaçılıq qədim zamanlardan başlamışdır. Bu bölgənin ən qədim tətbiqi sənətidir hansı ki, ölkənin qədim yaşayış məntəqələrində aparılan bir çox arxeoloji tədqiqatla bu sübut edilir. Yarandığı  dövrdə dünyada sırf xalçaçılıq sənətinə həsr olunmuş yeganə muzey idi. Azərbaycan xalçasının milli bədii irsin ən önəmli tərkib hissələrindən biri kimi qorunub saxlanılması, əsaslı və hərtərəfli öyrənilərək geniş ictimaiyyətə təqdim edilməsi muzeyin yaradılmasının başlıca məramı olmuşdur. Muzeyin yaradılmasının təşəbbüskarı görkəmli alim və xalçaçı, Azərbaycan xalçaçılıq elminin banisi, rəssam və müəllim, “Azərbaycan xalçası” kimi fundamental əsərin müəllifi Lətif Kərimov olmuşdur.

Ətraflı
  • Ambassador tərəfindən təqdim olunan lüks və rahatlıq dünyasına xoş gəlmisiniz. Beşulduzlu Ambassador otel Azərbaycanda olan ən yaxşı mehmanxanalar ilə eyni səviyyədədir. Avropa üslubunda zövqlə bəzədilmiş otaqlar, bizi əbədi olaraq burada qalmağa çağırır.

    Otel Bakıda bir çox ofisləri, ticarət mərkəzləri və dükanları ilə yerləşir. Oteldə 58 yüksək rahatlıq və şəraitə malik otaq vardır.

    Geniş və işiqlı otaqlarda Avropa üslubunda düzəldilmiş şık bir salon mövcuddur və sizin burada rahat qalmağınız üçün lazım olan hər bir şəraiti təmin edir.

Ətraflı
  • «Dalida» - müasir və eleqant kafe olaraq - ən gözəl yerdir. Burada təkrarolunmaz atmosferlə, müsbət təsir göstərən hisslərlə, rahatlıqla, sevinclə öz dostlarınızla görüşə bilərsiniz. Mətbəx, restoranın daimi müştərilərini tam olaraq dadlı hazırlanmış yeməklərlə həzz almağa imkan verir. 

    Türkiyədən gələn təcrübəli baş-aşpaz həmişə nə isə bir yenilik fikirləşir və onu yeməklərin hazırlanmasında tətbiq edir, buna görə də onun yeməklərinin dadı heç vaxt eyni olmur. Menyu öz müxtəlifliyi ilə gələn qonaqları heyrətləndirir və daim sürprizlərlə dolu olur.

Ətraflı
  • “Jara-2018” Beynəlxalq Musiqi Festivalı iyulun 26-dan 29-dək Bakıda “Sea Breeze Resort” istirahət mərkəzində keçiriləcək. Hər il Bakıda,  Xəzər dənizi sahilində keçirilən beynəlxalq yay musiqili festivalıdır. Yay aylarının ən iri və parlaq hadisəsidir. On minlərlə tamaşaçı və milyonlarla televiziya izləyicisi.
    Festivalın təşkilatçıları müğənni və bəstəkar Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

    “Jara-2018”in biletləri dekabrın 1-dən satışa çıxarılıb.

Ətraflı
  • Jasmine Restoranı – həm Çin mətbəxi, həm də dadlı təamları sevənlər üçün sevimli istrahət məkanıdır, Bridge Plaza biznes mərkəzində yerləşmişdir. Qonaqlar öz maşınlarını sərbəst olaraq biznes mərkəzin dayanacağında saxlamaq imkanına malikdirlər. Binaya əsas girişdən daxil olaraq siz lift vasitəsilə 3-cü mərtəbəyə qalxıb restoranın zalına daxil olursunuz. Şərq stilində hazırlanmış və əntiq üsluba uyğunlaşdırılmış zövqlü interyer müasir dekor elementləri ilə ahəng təşkil edir.

    Sizə şərabların, spirtli və qeyri-spirtli içkilərin geniş çeşidi təklif olunur. İşçi heyət, yüksək bacarıqlı mütəxəssislər və təcrübəli Çin aşbazları ənənəvi şərq mətbəxinin bütün sirrlərini incəliklə bilirlər.

Ətraflı
  • Bakıda olmaq  və od məbədini ziyarət etməmək, bu, Azərbaycanın tarixi abidələrini  tam gəzib, görməmək deməkdir. Buranın  xüsusi bir aurası vardır. Atəşgah od məbədi əsl Azərbaycan ekzotikasıdır.

    Onun haqqında demək olar ki, bütün dünyada bilir. Od məbədi olan Atəşgah Bakının 30 kilometrliyində, Abşeron yarımadasının Suraxanı qəsəbəsinin cənub-şərq hissəsində yerləşir. XIX əsrin əvvəllərində Atəşgah  məbədi artıq bizim günlərimizə gəlib çıxmış görüntüdə idi.

    Qurbangahın mərkəzində "yanan" qazın əbədi olaraq alovlandığı bir quyu vardır.

Ətraflı
  • Bakı Ağ Şəhər qəsəbəsinin ürəyində, şəhər mərkəzini Heydər Əliyev Beynəlxalq Hava Limanı ilə birləşdirən əsas yolların üzərində yerləşərək, otel Azərbaycanın ən geniş konfrans otelidir. Bakının dənizkənarı Bulvarı boyunca və şəhərin əsas görməli yerləri yaxınlığında yerləşmiş Bulvar Otel Bakı 818 rahat standart və lyuks qonaq otaqları təklif edir.

    Biznes və ya istirahət məqsədi ilə gələn səyahətçilərin maksimal rahatlığı üçün Bulvar Otelin qonaq otaqları döşəmədən tavana kimi yüksələn və Xəzər dənizinin maneəsiz mənzərəsini təmin edən pəncərələri, müasir mebel və rahat yataq dəstləri ilə öyünür. 

Ətraflı
  • Təbii ki, hər birimiz musiqili tele-proqram olan “O səs 6” nı izləmişik. Səhnəyə 29 sentyabr 2017-ci ildə Brandon Stounun gəlişi təkcə münsiflər heyətinin deyil, onun pərəstişkarlarının da sevinc və təəccübünə səbəb olmuşdur. Mark Entoninin «My baby you», musiqisini möhtəşəm ifa edərək, həm seyricilərin, həmdə ki,münsiflər heyətinin ürəyini fəth edir.

    Və nəhayət ki, 1 mart 20.00 da məşhur ulduz, “O səs -6”- nın yarı finalçısı Brandon Stoun Bakıda ilk konsertini verəcək. Tədbir Baku Eneji club da keçiriləcək. Biletləri şəhərimizin bütün kassalarında əldə edə bilərsiniz.

Ətraflı
  • Bakıdasınız ancaq milli Naxçıvan mətbəxinin təamlarından dadmaq istəyirsiniz? O zaman siz mütləq yolunuzu Nakhcivan restoranına salmalısınız. Nakhchivan restoranında müxtəlif növ Naxçıvan kababları, Ordubad qəlyanaltıları və desertləri, süfrənin şahı olan dadlı və ləzzətli aşın 15 növü və Naxçıvan mətbəxinin digər ənənəvi ləzizlərini dada bilərsiniz. Çox işıqlı və onun sayəsində olduğundan daha iri görünən zal iki yerə bölünüb – iri vitrin pəncərələrinin qarşısında yerləşən divan otağı və qədimi mebel dəsti olan adi otaq. Restoranın obrazını Naxçıvan mətbəxinin ləziz yeməkləri tamamlayır. Nə qədər danışsaq azdır, gəlin və görün.

Ətraflı
  • Siz sürət və adrenalin həvəskarısınız? Özünü yarış iştirakçısı kimi hiss etmək və hətta qalib olmaq istəyirsiniz? O zaman sizi Baku Karting & Event Сenter Qafqazın ən böyük, örtülü əyləncəvi Karting mərkəzinə dəvət edirik.

    Mərkəzin ərazisində ümümi sahəsi 4000 м², xüsusi asfalt örtüklü, uzunluğu 500 м olan trek yerləşir. Həmçinin, burada öndə gedən Alman istehsalçısı Rimo-dan yeni professional kartlarından ibarət avtopark var.

    Baku Karting & Event Сenter-da uşaqlar üçün Baku Karting School fəaliyyət göstərir. Təcrübəli iştirakçılar sizə kartın bütün incəliklərin başa salaraq, qalibiyyətə gedən yolu göstərəcəklər.

Ətraflı
  • Dünyanın Paris, London, Dubay, Kiyev, Qahirə, Manila, Praqa kimi 25-dən çox şəhərində fəaliyyət göstərən Buddha-Bar öz pozitiv enerjisini Bakıya gətirir. Parisdəki məşhur Barfly-ın yaradıcısı, eyni zamanda qlobal françayzinq sahibi Raymond Visan fransız Colonial dekor stilinin şərq ornamentləri ilə vəhdətinin yaratdığı eksklüziv restoran, hotel, spa və gözəllik məhsullarının yaradıcısıdır. JW Marriott Abşeron Otelinin daxilində yerləşən və Saffron Restaurant Group tərəfindən təqdim olunan Buddha-Bar özünün tematik və universal təsisatı ilə Sizi şəhər sıxlığından bir anlıq ayıraraq sehrli Buddha-Bar aləminə aparacaqdır.

Ətraflı
  • Hündürlüyü 32 m, diametri birinci mərtəbədə 16,5 m-dir. Birinci mərtəbədə divarın qalınlığı 5 m-ə çatır. Qalanın daxili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yоnma daşlarla tikilmiş, günbəz fоrmalı tavanla örtülmüşdür. Qala 1964-cü ildən muzey kimi fəaliyyət göstərməyə başlamış, 2000-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına salınmışdır. Daşdan hörülmüş bu tavanların оrtasında dairəvi deşiklər vardır. Azərbaycan emblemlərindən  biri olan Qız qalası Azərbaycan pul əskinaslarının üstündə də dəfələrlə təsvir edilmişdir. Qala divarları üzərindəki bir kitabədə ərəb dilində bu sözlər yazılmışdır: "Davudun oğlu Məsudun qülləsi".

Ətraflı
  • Novruz əslində yazın, baharın ilk günü, təbiətin canlanmasıdır. Yeni həyatın, firavanlığın başlanğıcıdır. Başdan-başa ruh yüksəkliyidir. Qədim tarixə malik bu möhtəşəm bayram Azərbaycanda hər il böyük təntənə ilə qarşılanır. Novruzu bütün möhtəşəmliyi ilə qeyd edən bölgələrdən biri elə milli kaloritin mərkəzi hesab olunan Şəkidir. Siz də bu bayramı bütün milliliyi ilə yaşamaq istəyirsinizsə, Sizi Şəkiyə dəvət edir, bu istiqamətdə bir neçə variantı diqqətinizə təqdim edirik.

    Marxal Resort & Spa otelinin Satış Şöbəsindən aldığımız məlumata görə, 17–25 Mart tarixlərində 2 nəfərlik standart otaqlar səhər yeməyi daxil..

Ətraflı
  • Pullman şəbəkəsinin xidmətində 80-dən çox otel vardır, hansılar ki, Avropa, Afrika, Yaxın Şərq, Asiya, Sakit okean və Latın Amerikasında, dünyanın ən maraqlı şəhərlərində olan əsas turistik mərkəzlərində və biznes rayonları yaxınlığında yerləşir. Turistlər tək, dostları, hətta ailələri ilə birlikdə buraya gəlirlər; Pullman dünyada hər kəs üçün görüş nöqtəsidir və siz fikir mübadiləsi apara, iş yeməyi və ya daha rahat bir görüş keçirə bilərsiniz. Pullman Baku Hotel biznes və istirahət üçün ideal bir məkandır. Otel, botanika bağından 110 metr, köhnə şəhərdən və Xəzər dənizi sahillərindən 10 dəqiqə məsafədə yerləşir və Bakıda olan yeganə istirahət mərkəzidir.

Ətraflı
  • Sky Grill- Hilton Hotel-nin 24-cü mərtəbəsində yerləşən statuslu bir restoranıdır. Nahar sahəsinin böyük şüşələrindən Xəzər dənizinə açılan gözəl mənzərəni görə bilərsiniz.

    Yaxınlıqda Azadlıq meydanı, Primorski Bulvarı və Dəniz limanı yerləşir. Zalların interyeri zərif və həmçinin də  çox sərtdir: bahalı yumuşaq mebel, zövqlü, bəzəkli və qeyri-adi dekorasiya – restoranın atmosferi romantik və işgüzar görüşlər üçün çox idealdır. 

    Mərkəzi zalla yanaşı, VIP otaqlar və əla teras burada yerləşir.

    Şou-mətbəxdə, xüsusilə Savaş aşbazdan onun məşhur şirniyyatlarını, yeməklərini və desertlərini dada bilərsiniz.

Ətraflı
  • Sizi 15 fevral 20-00 da, Dj Wave & Dj Dark iştirakı ilə "Enerji Club Baku" da baş tutacaq "Disco 90" əyləncəsinə, sevgililərinizi Sevgililər Günü ilə bağlı romantik təbrik etmək üçün dəvət edirik. Axşamın əsas qonağı Rusiyanın 90-cı illərinin ulduzu Aleksey Potexin olacaq, əfsanəvi xitləri ilə "Podnimaem Ruki Vverx", "Kroshka Moya", "Alyosha", "18 mne uje" və s.

    Rus qrupu "Ruki Vverx" öz zamanlarında çox səs-küyə sahib idilər. Bu musiqi tandeminin populyarlığı çox geniş miqyaslı olmuşdur və komandanın dağılmasından  sonra hər bir iştirakçı öz yoluna ayrılıqda davam elədi.

Ətraflı
  • Paintball – ( ing. boyalı şar)  bu  markerlərin (pnevmatik tüfəng)  hansı ki, boyalı şarlarla atəş açarkən və maneələrə dəyərkən partlayıb, hər tərəfi rəng edən, maraqlı komanda oyunudur.

    Paintball un iki növü vardır : idman və taktik.

    «Baku Paintball Center»  sizləri bütün gərginliyinizi atmaq, öz taktik bacarıqlarınızı və əzələlərinizi inkişaf etdirmək üçün belə maraqlı markerli  komanda oyununa dəvət edir. Kvalifikasıyalı işçilər sizə gərəkli bütün alətləri təqdim edir və bu oyunu maneələrlə dolu açıq bir sahədə oynamağı təklif edir.

Ətraflı
  • Əslində kvest - xüsusi hazırlanmış bir otaqda, bir neçə nəfərlik  komandalar üçün əyləncəli bir oyundur.  Əsas məqsədi – komanda arasında dəstək, çeviklik, koordinasiya bacarığı və məntiqin  köməyi ilə müəyyən bir müddətə çıxış yolunu tapmaqdır.

    "Phantom Quests" - Bakıda ilk və ən böyük kvest mərkəzidir! Komandada olan insanların sayı 2-dən 6-a qədər dəyişir. Sizə  burada "Qanlı Sirk", "Kruger Evi", "Gizli laboratoriya" kimi kvestlərdən keçmək təklif olunacaq. Hər oyun 60 ilə 80 dəqiqə davam edir, iki və ya daha çox nəfərdən ibarət qruplar iştirak edə bilər. Dəlilləri toplamaq, onları bir araya gətirmək, əsas sirri ortaya çıxarmağa kömək edir.

Ətraflı