Otellər
  •  “Fairmont Baku” otelində yaradılan şərait öz görkəmini sürətlə dəyişən Bakının artıq dünyanın ən gözəl şəhərləri sırasında yerini möhkəmləndirdiyini göstərir. Müasir dizaynı ilə seçilən bu kompleksdə beynəlxalq və milli memarlıq üslubu peşəkarlıqla uzlaşdırılmışdır. Azərbaycan dövlətinin və xalqının milli-mənəvi dəyərlərinə, zəngin irsinə göstərdiyi həssas münasibət bu otel kompleksinin inşası zamanı başlıca meyarlardan olmuşdur. Otelin nömrələrin hamısından şəhərə və Xəzər dənizinə gözəl mənzərə açılır. Otel qülləsində ümumi sahəsi 2,3 min kvadratmetrdən çox olan və özündə idman zalı, hovuz və digər istirahət yerlərini birləşdirən xidmət sahələri yaradılmışdır.

Ətraflı
  • Ambassador tərəfindən təqdim olunan lüks və rahatlıq dünyasına xoş gəlmisiniz. Beşulduzlu Ambassador otel Azərbaycanda olan ən yaxşı mehmanxanalar ilə eyni səviyyədədir. Avropa üslubunda zövqlə bəzədilmiş otaqlar, bizi əbədi olaraq burada qalmağa çağırır.

    Otel Bakıda bir çox ofisləri, ticarət mərkəzləri və dükanları ilə yerləşir. Oteldə 58 yüksək rahatlıq və şəraitə malik otaq vardır.

    Geniş və işiqlı otaqlarda Avropa üslubunda düzəldilmiş şık bir salon mövcuddur və sizin burada rahat qalmağınız üçün lazım olan hər bir şəraiti təmin edir.

Ətraflı
  • Bakı Ağ Şəhər qəsəbəsinin ürəyində, şəhər mərkəzini Heydər Əliyev Beynəlxalq Hava Limanı ilə birləşdirən əsas yolların üzərində yerləşərək, otel Azərbaycanın ən geniş konfrans otelidir. Bakının dənizkənarı Bulvarı boyunca və şəhərin əsas görməli yerləri yaxınlığında yerləşmiş Bulvar Otel Bakı 818 rahat standart və lyuks qonaq otaqları təklif edir.

    Biznes və ya istirahət məqsədi ilə gələn səyahətçilərin maksimal rahatlığı üçün Bulvar Otelin qonaq otaqları döşəmədən tavana kimi yüksələn və Xəzər dənizinin maneəsiz mənzərəsini təmin edən pəncərələri, müasir mebel və rahat yataq dəstləri ilə öyünür. 

Ətraflı
  • Novruz əslində yazın, baharın ilk günü, təbiətin canlanmasıdır. Yeni həyatın, firavanlığın başlanğıcıdır. Başdan-başa ruh yüksəkliyidir. Qədim tarixə malik bu möhtəşəm bayram Azərbaycanda hər il böyük təntənə ilə qarşılanır. Novruzu bütün möhtəşəmliyi ilə qeyd edən bölgələrdən biri elə milli kaloritin mərkəzi hesab olunan Şəkidir. Siz də bu bayramı bütün milliliyi ilə yaşamaq istəyirsinizsə, Sizi Şəkiyə dəvət edir, bu istiqamətdə bir neçə variantı diqqətinizə təqdim edirik.

    Marxal Resort & Spa otelinin Satış Şöbəsindən aldığımız məlumata görə, 17–25 Mart tarixlərində 2 nəfərlik standart otaqlar səhər yeməyi daxil..

Ətraflı
  • Pullman şəbəkəsinin xidmətində 80-dən çox otel vardır, hansılar ki, Avropa, Afrika, Yaxın Şərq, Asiya, Sakit okean və Latın Amerikasında, dünyanın ən maraqlı şəhərlərində olan əsas turistik mərkəzlərində və biznes rayonları yaxınlığında yerləşir. Turistlər tək, dostları, hətta ailələri ilə birlikdə buraya gəlirlər; Pullman dünyada hər kəs üçün görüş nöqtəsidir və siz fikir mübadiləsi apara, iş yeməyi və ya daha rahat bir görüş keçirə bilərsiniz. Pullman Baku Hotel biznes və istirahət üçün ideal bir məkandır. Otel, botanika bağından 110 metr, köhnə şəhərdən və Xəzər dənizi sahillərindən 10 dəqiqə məsafədə yerləşir və Bakıda olan yeganə istirahət mərkəzidir.

Ətraflı
  • "Green City" Kompleksin daxilində: 44 ədəd villa (2 mərtəbəli və 3 mərtəbəli), 3 ədəd otel, apartment, Fitness və Spa mərkəzi, Market, Kafe, Restoran və Avtoyuma mövcuddur. Green City yaşayış və istirahət kompleksi uzun müddətli yaşayış üçün nəzərdə tutulmuşdur.

    "Green City" yaşayış və istirahət kompleksi “ FS” şirkətlər qrupunun ən böyük layihələrindən biridir. . Kompleksin ümumi sahəsi 20 hektar, dənizkənarı sahəsi isə 6 hektar təşkil edir. Dənizə məsafəsi 50 metr olan komleksdə bütün mümkün imkanlar yaradılmışdır.

Ətraflı
  •  İstirahət insan sağlamlığı üçün ən vacib şərtlərdən biridir, odur ki, Kungut Hotel&Resort qonaqlarına gündəlik təlaşdan uzaqlaşaraq istirahət etmələri üçün ideal şərait yaratmışdır.

    Şəkinin ən gözəl bölgələrindən birində yerləşən Kungut Hotel&Resort ideal xidmətin nümunəsidir.

    Otelin əlverişli coğrafi mövqeyini xüsusi vurğulamaq lazımdır. Kungut Hotel&Resort Şəkinin şimal-şərqində, şəhər mərkəzindən 24 km, Şəki-Oğuz-Bakı magistralından 6 km məsafədə, dəniz səviyyəsindən 1200 m hündürlükdə yerləşir. 

Ətraflı
  • Motel Hotel Service Şəki şəhərində yerləşir. Moteldə qonaqlar üçün pulsuz WiFi, restoran, oyunlar üçün otaq və pulsuz xüsusi dayanacaq xidmətləri var.

    Otaqların rahatlığı üçün kondisioner, düz ekranlı TV, xələt, tərlik və pulsuz ayaqyolu kosmetik ləvazimatları olan xüsusi hamam otağı var.

    Boş vaxtınızda oyun otağına baxın, yəqinki orda sizin ürəyinizcə olan məşğuliyyət tapılar. Burda həmçinin bilyard zalı da var. Qonaqlar bilyard oyanaya bilər.

    Moteldə suvenir maqazini açılıb və konsyerj xidmətləri təqdim olunur.

    Qonaqlar içkiləri və yeməkləri otaqlarına gətirməyi xahiş edə bilərlər.

     

Ətraflı
  • Otel FM Şəki şəhərində yerləşir. Oteldə qonaqlar üçün pulsuz WiFi, bağlı üzmə hovuzu, sauna və restoran xidmətləri var. Ərazidə pulsuz xüsusi dayanacaq var.

    Bütün işıqlı otaqlar kondisionerlə, peyk kanalları olan düz ekranlı TV ilə və mini - barla təmin olunub. Sizin qulluğunuzda fen, pulsuz ayaqyolu kosmetik ləvazimatları, xələt və tərlik olan hamam otağı var.

    Otelin restoranında Azərbaycan və avropa mətbəxinə aid olan müxtəlif yeməklər hazırlanır, barda isə içkilər verilir.

    Otel FM - in Spa salonunda müxtəlif prasüdürlər, həmçinində masaj sifariş etmək olar.

Ətraflı
  • "İnci Design Hotel" 2016 - cı ilin iyul ayından fəaliyyətə başlayıb. Otelimiz fəaliyyətə başladığı ilk gündən müştərilərə yüksək səviyyədə xidmət göstərməyə çalışır. Bütün nömrələr mini - bar, WiFi və rəqəmsal TV ilə təchiz edilib.

    "Gold Suit" - Birinci mərtəbədə yerləşən bu nömrə geniş və xüsusi zövqlə bəzədilmiş salondan, lüks yataq otağından ibarətdir. Eyni zamanda bu nömrəmizdə "Qış bağı" və cakkuzidə mövcuddur.

    "Sapphire Suit" - İkinci mərtəbədə yerləşən bu nömrə geniş və xüsusi zövqlə bəzədilmiş salondan, lüks yataq otağından ibarətdir.

Ətraflı