Restoranlar
  • «Dalida» - müasir və eleqant kafe olaraq - ən gözəl yerdir. Burada təkrarolunmaz atmosferlə, müsbət təsir göstərən hisslərlə, rahatlıqla, sevinclə öz dostlarınızla görüşə bilərsiniz. Mətbəx, restoranın daimi müştərilərini tam olaraq dadlı hazırlanmış yeməklərlə həzz almağa imkan verir. 

    Türkiyədən gələn təcrübəli baş-aşpaz həmişə nə isə bir yenilik fikirləşir və onu yeməklərin hazırlanmasında tətbiq edir, buna görə də onun yeməklərinin dadı heç vaxt eyni olmur. Menyu öz müxtəlifliyi ilə gələn qonaqları heyrətləndirir və daim sürprizlərlə dolu olur.

Ətraflı
  • Jasmine Restoranı – həm Çin mətbəxi, həm də dadlı təamları sevənlər üçün sevimli istrahət məkanıdır, Bridge Plaza biznes mərkəzində yerləşmişdir. Qonaqlar öz maşınlarını sərbəst olaraq biznes mərkəzin dayanacağında saxlamaq imkanına malikdirlər. Binaya əsas girişdən daxil olaraq siz lift vasitəsilə 3-cü mərtəbəyə qalxıb restoranın zalına daxil olursunuz. Şərq stilində hazırlanmış və əntiq üsluba uyğunlaşdırılmış zövqlü interyer müasir dekor elementləri ilə ahəng təşkil edir.

    Sizə şərabların, spirtli və qeyri-spirtli içkilərin geniş çeşidi təklif olunur. İşçi heyət, yüksək bacarıqlı mütəxəssislər və təcrübəli Çin aşbazları ənənəvi şərq mətbəxinin bütün sirrlərini incəliklə bilirlər.

Ətraflı
  • Bakıdasınız ancaq milli Naxçıvan mətbəxinin təamlarından dadmaq istəyirsiniz? O zaman siz mütləq yolunuzu Nakhcivan restoranına salmalısınız. Nakhchivan restoranında müxtəlif növ Naxçıvan kababları, Ordubad qəlyanaltıları və desertləri, süfrənin şahı olan dadlı və ləzzətli aşın 15 növü və Naxçıvan mətbəxinin digər ənənəvi ləzizlərini dada bilərsiniz. Çox işıqlı və onun sayəsində olduğundan daha iri görünən zal iki yerə bölünüb – iri vitrin pəncərələrinin qarşısında yerləşən divan otağı və qədimi mebel dəsti olan adi otaq. Restoranın obrazını Naxçıvan mətbəxinin ləziz yeməkləri tamamlayır. Nə qədər danışsaq azdır, gəlin və görün.

Ətraflı
  • Dünyanın Paris, London, Dubay, Kiyev, Qahirə, Manila, Praqa kimi 25-dən çox şəhərində fəaliyyət göstərən Buddha-Bar öz pozitiv enerjisini Bakıya gətirir. Parisdəki məşhur Barfly-ın yaradıcısı, eyni zamanda qlobal françayzinq sahibi Raymond Visan fransız Colonial dekor stilinin şərq ornamentləri ilə vəhdətinin yaratdığı eksklüziv restoran, hotel, spa və gözəllik məhsullarının yaradıcısıdır. JW Marriott Abşeron Otelinin daxilində yerləşən və Saffron Restaurant Group tərəfindən təqdim olunan Buddha-Bar özünün tematik və universal təsisatı ilə Sizi şəhər sıxlığından bir anlıq ayıraraq sehrli Buddha-Bar aləminə aparacaqdır.

Ətraflı
  • Sky Grill- Hilton Hotel-nin 24-cü mərtəbəsində yerləşən statuslu bir restoranıdır. Nahar sahəsinin böyük şüşələrindən Xəzər dənizinə açılan gözəl mənzərəni görə bilərsiniz.

    Yaxınlıqda Azadlıq meydanı, Primorski Bulvarı və Dəniz limanı yerləşir. Zalların interyeri zərif və həmçinin də  çox sərtdir: bahalı yumuşaq mebel, zövqlü, bəzəkli və qeyri-adi dekorasiya – restoranın atmosferi romantik və işgüzar görüşlər üçün çox idealdır. 

    Mərkəzi zalla yanaşı, VIP otaqlar və əla teras burada yerləşir.

    Şou-mətbəxdə, xüsusilə Savaş aşbazdan onun məşhur şirniyyatlarını, yeməklərini və desertlərini dada bilərsiniz.

Ətraflı
  • Sovet İttifaqını görən hər bir kəsdən xahiş edin ki, sizə ən sevdiyi təamların adın desin, nostalji hisslərin yanında hər üçüncü şəxs “o vaxt daha yaxşı idi” cümləsini işlədəcək... "Sovet uşaqlığının" dadını  çoxu hələ də  məmnuniyyətlə xatırlayır:  şəkərdə quşüzümü, şokoladlı sırniklər, şəkərli ponçiklər ...

    Bizim xanım MariVanna  sovet dövründən bu yana eyni yeməkləri hazırlamağa başladı və hələ də mehriban şəkildə öz restoranıında olan  yeməklərinin keyfiyyət və müxtəlifliyinə diqqət edir... O, ədviyyatlar, göyərtilər, tərəvəzlər və marinadları çox sevir. Siz orda təzə toyuq ətinin bulyonuda hazırlanmış əriştənin dadına baxa bilərsiniz..

Ətraflı
  • Steyk (ing.dilində-tikə) - yüksək keyfiyyətdə hazırlanmış qalın bir ət tikəsidir, hansı ki, əsasən mailli şəkildə kəsilir.  ABŞ steykin vətəni olaraq tanınır.

    Manqal Restoranı sizlərə  həyəcan verici qastronomik  bir səyahətə çıxma imkanı yaradır, burada  həm yüksək dünya mətbəxinə, həmdə ki, çox yüksək keyfiyyətli yeməklər bir incəsənət əsərinə bənzəyir. Şərq üslubunda böyük bir əsas zal, onunla yanaşı möhtəşəm steyk bar və təbii ki ,sonsuz sayda içkilər olan klassik bar, lüks vip kabinetlər -  hər kəs öz istəklərinə uyğunluq görəcək və özününü istəkli qonaq kimi hiss edəcək.

Ətraflı
  • "SUMAKH" restoranı ənənəvi keçmişi və müasir axını özündə birləşdirərək, sizin bütün tələblərinizə cavab verir. Şəhərin mərkəzi hissəsində yerləşməsədə,  bu tıxac və ajiotajın olmaması ilə kompensasiya olunur. Menyu Azərbaycan mətbəxinin bütün yeməklərindən ibarətdir. Burada siz manqal salatı, toyuq qovurması, göyərti və balqabaq  qutabı, quzu basdırması, paxlava, təndir çörəyi və daha fərqli ləziz təamlar dada bilərsiniz.

    Ofisantlar gəlişiniziniz xoş, özünüzün məmnun qalmağı üçün hər şeyi edirlər. Məşhur azərbaycanlı aşbaz Elmin Şərifov mətbəxə rəhbərlik edir.

Ətraflı
  • Siz Rusiyaya gedə bilmirsiniz, ancaq o abu-havanı hiss etmək istəyirsiniz.  O zaman ənənəvi rus və azərbaycan mətbəxinə malik "Dubrovka" restoranına xoş gəldiniz.  Restoranın daxili interyeri  və personalın geyimi də daxil olmaqla qədim rus üslubunda yaradılmışdır. Bütün mebel təbii ağacdan - göyrüş və şamdan hazırlanmışdır.  Divarlarında - yerli sənətkarların rəsmləri asılmışdır.

    Hər gün axşam saatlarında canlı musiqi  ziyarətçilər üçün səslənir, iki vokalçı rus dilində və Rusiyanın məşhur mahnılarını ifa edir və qonaqlar musiqi sədaları altında  zövqlə rəqs edirlər.

Ətraflı
  • Espresso - xüsusi qəhvə hazırlama üsuludur, hansı ki, XX - əsrin ortalarında meydana çıxmışdır. Onun vətəni İtaliyadır. Qəhvə Espresso dünya üzrə çox məşhurdur, xüsusən Cənubi Avropada. Qəhvə Espresso digər qəhvələrdən ətri və dadı ilə seçilir.

    Espresso - sözünün mənası - sizin üçün tez hazırlanan, ancaq hərfi tərcümə edəndə - tez, yaxud sıxılmış, təzyiq altında hazırlanmış - ifadələrini verir.

    Ətrini və dadını qiymətləndirmək üçün, qəhvə Espressonu hazırladıqdan dərhal sonra içmək lazımdır. Bu qəhvə içkisi xüsusi qəhvə hazırlayan cihazın köməyi ilə hazırlanır. Güclü ətrinə və dolğun dadına baxmayaraq, Espressoda kofein nəinki çaydan, şərq qəhvəsindən və yaxud,

Ətraflı