Əyləncə
  • Siz sürət və adrenalin həvəskarısınız? Özünü yarış iştirakçısı kimi hiss etmək və hətta qalib olmaq istəyirsiniz? O zaman sizi Baku Karting & Event Сenter Qafqazın ən böyük, örtülü əyləncəvi Karting mərkəzinə dəvət edirik.

    Mərkəzin ərazisində ümümi sahəsi 4000 м², xüsusi asfalt örtüklü, uzunluğu 500 м olan trek yerləşir. Həmçinin, burada öndə gedən Alman istehsalçısı Rimo-dan yeni professional kartlarından ibarət avtopark var.

    Baku Karting & Event Сenter-da uşaqlar üçün Baku Karting School fəaliyyət göstərir. Təcrübəli iştirakçılar sizə kartın bütün incəliklərin başa salaraq, qalibiyyətə gedən yolu göstərəcəklər.

Ətraflı
  • Paintball – ( ing. boyalı şar)  bu  markerlərin (pnevmatik tüfəng)  hansı ki, boyalı şarlarla atəş açarkən və maneələrə dəyərkən partlayıb, hər tərəfi rəng edən, maraqlı komanda oyunudur.

    Paintball un iki növü vardır : idman və taktik.

    «Baku Paintball Center»  sizləri bütün gərginliyinizi atmaq, öz taktik bacarıqlarınızı və əzələlərinizi inkişaf etdirmək üçün belə maraqlı markerli  komanda oyununa dəvət edir. Kvalifikasıyalı işçilər sizə gərəkli bütün alətləri təqdim edir və bu oyunu maneələrlə dolu açıq bir sahədə oynamağı təklif edir.

Ətraflı
  • Əslində kvest - xüsusi hazırlanmış bir otaqda, bir neçə nəfərlik  komandalar üçün əyləncəli bir oyundur.  Əsas məqsədi – komanda arasında dəstək, çeviklik, koordinasiya bacarığı və məntiqin  köməyi ilə müəyyən bir müddətə çıxış yolunu tapmaqdır.

    "Phantom Quests" - Bakıda ilk və ən böyük kvest mərkəzidir! Komandada olan insanların sayı 2-dən 6-a qədər dəyişir. Sizə  burada "Qanlı Sirk", "Kruger Evi", "Gizli laboratoriya" kimi kvestlərdən keçmək təklif olunacaq. Hər oyun 60 ilə 80 dəqiqə davam edir, iki və ya daha çox nəfərdən ibarət qruplar iştirak edə bilər. Dəlilləri toplamaq, onları bir araya gətirmək, əsas sirri ortaya çıxarmağa kömək edir.

Ətraflı
  • At Azərbaycan xalqının həyatında, məişətində, həmçinin döyüş meydanlarında həmişə əvəzsiz rol oynayıb. Babalarımız at belində düşmən üstünə yürüyüb, qələbə, zəfər qazanıb.

    Atçılıq - heyvandarlığın qədim sahələrindən biri olmaqla cəmiyyətin mühüm ehtiyaclarını ödəmək məqsədi ilə əsrlər boyu yetişdirilmişdir. Azərbaycanda atçılıq həmişə inkişaf etmiş olub və ənənəni davam edərək hazırda bu idman növünə maraq heç azalmır. Bundan başqa bu, həm də aktiv istirahət və əsl həzzdir!

    Son illər ölkəmizdə qədim tarixə malik atçılıq ənənələrinin bərpasına xüsusi diqqət göstərilir. 

Ətraflı
  • 2010 - cu ildə fəaliyyətə başlayan VIP Klub müasir bir məkanda: Play Station salonu, Karaoke salon, Bilyard salonu, Pub, Misir qəlyanı, Avropa mətbəxi və qonaqlarına pulsuz, ayıq sürücü xidmətini təqdim edən rahat, isti və qonaqpərvər əyləncə kompleksidir.

    VIP Klub müştərilərinə Azərbaycan çay süfrəsini, müxtəlif spirtli və spirtsiz içkiləri, milli və avropa mətbəxinə məxsus yeməkləri təqdim edir. Bizim qidalar yerli və orqanik, ən keyfiyyətli mövsümlük ərzaqlardan ibarətdir.

    VIP Klub bir çox fərqli xidməti ənənələri yaşadan, bərabəri olmayacaq vizyonu və,

     

Ətraflı
  • Şəkiyə gəldiniz, amma nəsə çatmır darıxırsınız? Onda siz mütləq Çay Bilyard Klubu "Elit Saray" - ı səfər etməlisiniz. Burada sizi yüksək xidmət, spirtli və spirtsiz içkilər, qəlyan, meyvə salatları, desertlər gözləyir. Siz bütün bunları bilyard zalında sifariş edə bilərsiniz, dostlarınızla və sevdiklərinizlə gözəl vaxt keçirə bilərsiniz. Lirik melodiyalar sizə maksimum rahatlıq və keyfiyyətli akustika verir. Klub gecə - gündüz açıq olur. Burada  banketlər, partiyalar və diskotekalar keçirmək mümkündür.

    Bizimlə əlaqə saxlayın, bizə arzunuzu bildirin və biz bir neçə menyu variantları, DJ təklif edəcəyik və maksimum dərəcədə çalışacağıq ki, sizin gecəniz əyləncəli, yaddaqalan və unudulmaz keçsin.

Ətraflı
  • 1879 - cu ildə İpəkçilər şəhəri olan Şəkidə ilk dəfə, barama ambarında, maarifpərvər yazıçı Rəşidbəy Əfəndiyevin təşəbbüsü ilə M.F.Axundovun "Hacı Qara" komediyası yerli həvəskarlarla tamaşaya qoyulmuşdur. 1933 - 1950 - ci illərdə Şəkidə fasilələrlə Dövlət Dram Teatrı, 1959 - 1975 - ci illərdə isə xalq teatrı fəaliyyət göstərmişdir. 1975 - ci ildə mərhum rejissor Vaqif Abbasovun və direktor Nazim Bilalovun rəhbərliyi ilə yeni Dövlət Teatrı yaranmış və az müddət ərzində böyük uğurlar qazanmışdır. 1977 - ci ildə Bolqar dramaturgiyası festvalında R.Stayanovun "Ustalar" əsəri ilə çıxış edən teatr festifalın baş mükafatına layiq görüldü və Bolqarstana dəvət aldı. 

Ətraflı