Ekskursiyalar
  • Kilsə 1909-cu ildə memar M.F.Verjbitskinin layihəsi əsasında rus stilində, məşhur Azərbaycan milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin şəxsi maddi yardımı və ianələr hesabına inşa edilmişdir. Kilsənin açılışında o dövrün görkəmli siyasi və din xadimləri, o cümlədən rus çarının Qafqazdakı canişini qraf Vorontsov-Daşkov iştirak etmişdir. İlk zamanlar məbəd 262-ci Salyan piyada ehtiyat alayının tabeliyində idi və onların mənəvi ehtiyaclarını ödəyirdi. 1920-ci ildə Sovet hakimiyyəti dövründə kilsə ilk bağlanan ibadət yerlərindən biri olmuşdur. Məbəd kommunist rejimi vaxtı anbara çevrilmiş, bir müddət sonra isə idmançıların ixtiyarına verilərək, idman zalı kimi istifadə olunmağa başlanmışdır.

Ətraflı
  • Karvansaray Şərq memarlığının ən mühüm komponentlərindəndir. Memarlığın bu "inciləri" olmadan bir şərq şəhərini təsəvvür etmək çətindir. Dövrün tacirlərinin tikdirdiyi həmin binalarda karvanlar saxlanar, insanlar dincələr və yollarına davam edərdilər. Orta əsrlərdə dövründə hərbi və sərhədlərin müdafiəsi məqsədilə tikilmiş, sonralar daha çox ticarət əhəmiyyəti daşıyan binalar da karvansara adlandırılmışdır.

    Bütün karvansaraylar iki növə bölünürdü: açıq və qapalı. İçərişəhərdə qədim özbək şəhəri Buxaranın adını daşıyan bir karvansara var. Adı kimi, tarixi də qədim dövrə gedib çıxan bu məkan öz əvvəlki görnüşünü olduğu kimi qoruyub-saxlayıb.

Ətraflı
  • Azərbaycan torpağında xalçaçılıq qədim zamanlardan başlamışdır. Bu bölgənin ən qədim tətbiqi sənətidir hansı ki, ölkənin qədim yaşayış məntəqələrində aparılan bir çox arxeoloji tədqiqatla bu sübut edilir. Yarandığı  dövrdə dünyada sırf xalçaçılıq sənətinə həsr olunmuş yeganə muzey idi. Azərbaycan xalçasının milli bədii irsin ən önəmli tərkib hissələrindən biri kimi qorunub saxlanılması, əsaslı və hərtərəfli öyrənilərək geniş ictimaiyyətə təqdim edilməsi muzeyin yaradılmasının başlıca məramı olmuşdur. Muzeyin yaradılmasının təşəbbüskarı görkəmli alim və xalçaçı, Azərbaycan xalçaçılıq elminin banisi, rəssam və müəllim, “Azərbaycan xalçası” kimi fundamental əsərin müəllifi Lətif Kərimov olmuşdur.

Ətraflı
  • Bakıda olmaq  və od məbədini ziyarət etməmək, bu, Azərbaycanın tarixi abidələrini  tam gəzib, görməmək deməkdir. Buranın  xüsusi bir aurası vardır. Atəşgah od məbədi əsl Azərbaycan ekzotikasıdır.

    Onun haqqında demək olar ki, bütün dünyada bilir. Od məbədi olan Atəşgah Bakının 30 kilometrliyində, Abşeron yarımadasının Suraxanı qəsəbəsinin cənub-şərq hissəsində yerləşir. XIX əsrin əvvəllərində Atəşgah  məbədi artıq bizim günlərimizə gəlib çıxmış görüntüdə idi.

    Qurbangahın mərkəzində "yanan" qazın əbədi olaraq alovlandığı bir quyu vardır.

Ətraflı
  • Hündürlüyü 32 m, diametri birinci mərtəbədə 16,5 m-dir. Birinci mərtəbədə divarın qalınlığı 5 m-ə çatır. Qalanın daxili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yоnma daşlarla tikilmiş, günbəz fоrmalı tavanla örtülmüşdür. Qala 1964-cü ildən muzey kimi fəaliyyət göstərməyə başlamış, 2000-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına salınmışdır. Daşdan hörülmüş bu tavanların оrtasında dairəvi deşiklər vardır. Azərbaycan emblemlərindən  biri olan Qız qalası Azərbaycan pul əskinaslarının üstündə də dəfələrlə təsvir edilmişdir. Qala divarları üzərindəki bir kitabədə ərəb dilində bu sözlər yazılmışdır: "Davudun oğlu Məsudun qülləsi".

Ətraflı
  • Bakı bulvarı (rəsmi adı: Dənizkənarı Milli Park) — Bakı şəhərində, Xəzər dənizinin sahilində yerləşən bulvar 1909 -cu ildə yaradılmışdır. Ərazisinin böyüklüyünə görə Parisdə Sena çayı sahilindəki parkdan sonra Avropada ikinci yerdədir.

    Bulvar Bakı şəhərinin sakinləri və qonaqlarının istirahət üçün ən sevimli yerlərindən biridir. 2009-cu ildə onun 100 illik yubileyi qeyd edilmişdir . Yenidənqurmadan əvvəl bulvarın uzunluğu 16 kilometr, ümumi yenidənqurmadan sonra isə 25 kilometrdir. Bakı bulvarının tarixi XIX əsrin əvvəllərinə dayanaraq, Bakı şəhər Duması tərəfindən dənizkənarı bulvarın yaradılması  məsələsini dəfələrlə müzakirə edilirmiş.

Ətraflı
  • Şəkidə bir çox muzeylər var. Bu muzeylərdən biri də M.F. Axundovun ev muzeyidir. Bu muzey M.F. Axundov küçəsi, 1 saylı ünvanda yerləşir. Muzey 1940 - cı ildə yaradılmışdır. Bu binanın 1800 - cü ildə tikildiyi təxmin edilir. Yazıçı burada uşaqlıq illərinin bir hissəsini keçirib. Muzey əvvəl iç - içə olan iki kiçik otaqdan ibarət idi. Sonralar M.F. Axundovun ev muzeyi genişləndirilmiş, evin yaxınlığında başqa bir tikili də inşa edilib. Onun eksponatlarının bir hissəsi əlavə tikilmiş binada yerləşdirilir.

    Beləliklə, M.F. Axundovun ev muzeyi 2 binadan: həyat və yaradıcılığına həsr olunmuş ekspozisiya zalından və ədibin anadan olduğu evdən ibarətdir.

Ətraflı
  • "Şəkixanovlar evi" Azərbaycanın Şəki Şəhərində yerləşir. XVIII əsrin ikinci yarısında Məhəmməd Hüseyn Xan tərəfindən tikilmişdir.

    "Şəkixanovlar evi" çiy kərpicdən tikilmişdir. Ev 2 mərtəbəlidir, 6 otaq, 4 dəhlizdən ibarətdir. Dekorativ elementlərin zənginliyinə görə "Şəkixanovlar evi" saray tiplidir.

    Birinci mərtəbədəki otaqlar qış fəsli üçün nəzərdə tutulub, mərkəzi otaqda kamen yerləşdirilmişdir.

    İkinci mərtəbənin mərkəzi zalı müxtəlif sujetlərlə və divar rəsmləri ilə bəzədilib. Zalın mərkəzi hissəsində zəngin bəzədilmiş dekorativ buxarı var.

Ətraflı
  •  Azərbaycanda çay - səmimi qonaqpərvərliyin simvoludur.  Azərbaycanlılar əsas qida qəbulundan əvvəl, çay içirlər. Azərbaycanda çoxdan  ənənə yaranıb: Qonaqların gəlişinə onlara əvvəl çay  verillər. Şübhəsiz ki , çay süfrəsinə cürbəcür şirniyyatlarda verilir. Bəzən çaya gülab suyu da əlavə edirlər. Bu çaya xüsusi ətir verir və yaxşı susuzluğu yatırdır. 
    Şəki - Azərbaycan şirniyyat incəsənət  mərkəzlərinin arasında xüsusi yer tutur. Qeyd etmək lazımdır ki, şəki şirniyyatçiların hazırlanmış məhsullar xaricdə də tanınır, və bu şəhərin kulinariya mədəniyyətinin təbliğində mühüm rol oynamışdır. 

Ətraflı
  •  İlisu - Azərbaycan Respublikasının Qax rayonunun eyniadlı inzibati ərazi vahidində bir kənddir. Kənd bir yaşayış məskəni kimi XIII əsrdə yaranmışdır.İlisu kəndi rayon mərkəzindən 12 km məsafədə, dəniz səviyyəsindən 1356 - 1091 metr yüksəklikdə, orta dağlığın meşə qurşağı ilə yüksək dağlığın çəmənlik landşaftı sərhədində yerləşir. İlisu iki dağ çayı – Kürmükçay və Hamamçay çaylarının birləşdiyi yerdə yerləşir. Bu çayların dərələri çox dərindir, özləri isə iti axır. Bu çayların üzərində çoxlu şəlalələr var ki, gözəlliyi ilə hər kəsi cəlb edir. Ramramay, Şahverdi, Qoçyataq, Sutökülən şəlalələri hər il yüzlərcə turisti özünə cəlb edir.

Ətraflı