Otellər Marxal Resort & Spa
  • Marxal Resort & Spa

     

    Marxal Resort & Spa - Şəki şəhərində, mənzərəli bir yerdə, hər tərəfdən dağlarla əhatə olunmuş, 1080 metr dəniz səviyəsindən yuksəklikdə yerləşir. Coğrafik mövqeyi Oteli unikal, təkrarolunmaz edir.

     

    Marxal Resort və Spa oteli öz qonaqlarına bir neçə restoran təklif edir (tam müasir avadanlığl ilə təchiz edilmiş, peşəkar personalı və ləziz mətbəxi). Siz burada yerli və dünya mətbəxinin bir çox növ yeməklərin dadına baxa bilərsiniz.

     

    İkimərtəbəli Spa kompleksi 6 masaj otağından, astma xəstəliyindən əziyyət çəkənlər üçün təqdim olunan duz otağından, müalicəvi qum və palçıq otağından ibarətdir. Bütövlükdə təbii kəhrəba ilə düzəldilmiş Kəhrəba otağı Spa kompleksini və oteli digərlərindən fərqləndirir. Kişilər və qadınlar üçün ayrı - ayrılıqda nəzərdə tutulmuş ərazilərdə quru və nəm sauna, türk hamamı, duş otaqları, geyinib - soyunma otaqları və dincəlmə otağı mövcuddur.

     

    Qonaqların xidmətinə həmçinin, Fitnes zalı və qapalı hovuz təqdim olunur. Spa kompleksində qadınlar və kişilər üçün gözəllik salonları, vitamin - bar və açıq terras fəaliyyət göstərir.

     

    Asudə vaxtınızı maraqlı keçirmək üçün Marxal Resort və Spa kompleksi sizə bouling, stol üstü tennis, disko klub, kinoteatr, karaoke və intellektual oyunlar klubunun xidmətlərindən yararlanmağı təklif edir.

     

    Sifariş Et