Restoranlar Restoran Sumakh
  • Restoran Sumakh

    "SUMAKH" restoranı ənənəvi keçmişi və müasir axını özündə birləşdirərək, sizin bütün tələblərinizə cavab verir. Şəhərin mərkəzi hissəsində yerləşməsədə,  bu tıxac və ajiotajın olmaması ilə kompensasiya olunur. Menyu Azərbaycan mətbəxinin bütün yeməklərindən ibarətdir. Burada siz manqal salatı, toyuq qovurması, göyərti və balqabaq  qutabı, quzu basdırması, paxlava, təndir çörəyi və daha fərqli ləziz təamlar dada bilərsiniz.Ofisantlar gəlişiniziniz xoş, özünüzün məmnun qalmağı üçün hər şeyi edirlər. Məşhur azərbaycanlı aşbaz Elmin Şərifov mətbəxə rəhbərlik edir.

    Restoranda əsas məqamlardan biri  "show kitchen" nin olmasıdır. Bu o deməkdir ki,  mətbəx sahəsi tamamilə binanın önündə açıq şəkildə görünür və yeməklərin hazırlanması prossesini yoldan keçənlər  görə bilər. "Sumakh"ın daxili interyeri  müasir üslubda hazırlansa da, lakin milli elementləri də görə bilərsiniz: açıq rəngli divarlar,  qismən taxta dekorasiyası,  kilim yastıqı divanlar  və ən əsası divarlarda - məşhur sənətkar Şamo Abbasovun rəsmlərini görmək olar. (yeri gəlmişkən, satın ala bilərsiniz).

     

    Adres : Azərbaycan, Bakı, 20/22 Xocalı prospekti

    Tel : (+99412) 480-21-12
            (+99470) 280-21-12

     E-mail : info@beat.az 

     Web : http//beat.az/en/restaurants/sumakh