Restoranlar MariVanna
  • MariVanna

     

    Sovet İttifaqını görən hər bir kəsdən xahiş edin ki, sizə ən sevdiyi təamların adın desin, nostalji hisslərin yanında hər üçüncü şəxs  “o vaxt daha yaxşı idi” cümləsini işlədəcək... "Sovet uşaqlığının" dadını  çoxu hələ də  məmnuniyyətlə xatırlayır: şəkərdə quşüzümü, şokoladlı sırniklər, şəkərli ponçiklər...

    Bizim xanım MariVanna  sovet dövründən bu yana eyni yeməkləri hazırlamağa başladı və hələ də mehriban şəkildə öz restoranıında olan  yeməklərinin keyfiyyət və müxtəlifliyinə diqqət edir... O, ədviyyatlar, göyərtilər, tərəvəzlər və marinadları çox sevir.

    Siz orda təzə toyuq ətinin bulyonuda hazırlanmış əriştənin dadına baxa bilərsiniz. Bu ləziz bulyon sizi həm müalicə edər, həm də ki, depressiyadan azad edər.

    Bir sözlə, burada  siz uşaqlığım unudulmuş dadlarını xatırlayacaqsınız, o vaxtlar ki, ağaclar daha  böyük və ərzaqlar daha  dadlı, və hər şey fərqli idi.  Kimlər ki, SSRİ dövrünü görməyiblər, nənə və babalarımızın bizə danışdığı, o dövrə aid “təbii və dadlı qidaların” dadın anlayarlar: - xamalı sırniklər, vişnəli vareniklər qaymağla, balla və xamayla, qaynadılmış dil xaçapuri ilə.

    Rahat bir interyer, iştah açıcı ətirlər, xoş ürəklər və rəflərdəki xoş xatirələr. Çini heykəlciklər, fotoşəkillər, sevimli kitablar, inanılmaz oyuncaqlar, rəngli çalarlı  lampalar, yumşaq işıq, masa örtükləri  və divarlardakı  rəsmlər,  krujevalı lampalardakı parlaq yaylıqlar... Əsas odur ki, yayın istisində və qışın soyuğunda, sizi sevindirəcək və sağaldacaq bir şeylər burada tapa bilərsiniz, məsələn, sərin  meyvəli içkilər, limonadlar və ya dəmləmələr. Və həmçinin MariVanna da şirin, xeyirxah, ağıllı ev pişiyi Valeron da yaşayır.

     

    Adres : Azərbaycan, Bakı,93, Zərifə Əliyeva Küçəsi

    Tel : +994 12 404 95 95

            +994 50 256 44 26

    E-mail : welcome@marivanna.az

    Web : http//marivanna.az