Əyləncə Phantom Quests
  • Phantom Quests

     

    Əslində kvest - xüsusi hazırlanmış bir otaqda, bir neçə nəfərlik  komandalar üçün əyləncəli bir oyundur. Əsas məqsədi – komanda arasında dəstək, çeviklik, koordinasiya bacarığı və məntiqin  köməyi ilə müəyyən bir müddətə çıxış yolunu tapmaqdır.

    "Phantom Quests" - Bakıda ilk və ən böyük kvest mərkəzidir! Komandada olan insanların sayı 2-dən 6-a qədər dəyişir. Sizə  burada "Qanlı Sirk", "Kruger Evi", "Gizli laboratoriya" kimi kvestlərdən keçmək təklif olunacaq. Hər oyun 60 ilə 80 dəqiqə davam edir, iki və ya daha çox nəfərdən ibarət qruplar iştirak edə bilər. Otağın interyeri, dekorasiyalar, otaqdan çıxa bilmək üçün müxtəlif ipuçları verir.

    Dəlilləri toplamaq, onları bir araya gətirmək, əsas sirri ortaya çıxarmağa kömək edir. Problemləri həll etmək üçün məntiqinizi  tətbiq etmək, məktəbdə keçdiyiniz dərsləri yada salmaq lazım olacaq, məsələn fizika, kimya kimi. Sizdən başqa burada olan aktyorlar da oyun prosesinə birbaşa təsir göstərir və əlavə maneələr yaradır. Belə bir kollektivi əyləncə sizə ancaq müsbət emosiyalar verəcək.

     

    Adres : Bakı, Azərbaycan, küç.Zərdabi 74

    Tel : +994 50 509 52 22

    E mail : info@phantom@az 

    Web : www.phantom.az