Otellər Novruz bayramını hansı reqionda qeyd edəcəksiniz? Otellərin qiymətləri.
  • Novruz bayramını hansı reqionda qeyd edəcəksiniz? Otellərin qiymətləri.

     

    Novruz əslində yazın, baharın ilk günü, təbiətin canlanmasıdır. Yeni həyatın, firavanlığın başlanğıcıdır. Başdan-başa ruh yüksəkliyidir. Qədim tarixə malik bu möhtəşəm bayram Azərbaycanda hər il böyük təntənə ilə qarşılanır. Novruzu bütün möhtəşəmliyi ilə qeyd edən bölgələrdən biri elə milli kaloritin mərkəzi hesab olunan Şəkidir. Siz də bu bayramı bütün milliliyi ilə yaşamaq istəyirsinizsə, Sizi Şəkiyə dəvət edir, bu istiqamətdə bir neçə variantı diqqətinizə təqdim edirik.

     

    Marxal Resort & Spa otelinin Satış Şöbəsindən aldığımız məlumata görə, 17–25 Mart tarixlərində 2 nəfərlik standart otaqlar səhər yeməyi daxil - 165 AZN-dən, suite tipli otaqlar 220, villalar isə 330 AZN-dən başlayan qiymətlərlə olacaq.

    Bayram günlərində otel öz qonaqları üçün milli ab-havada animasiya və şoular, rəngarəng musiqli proqramlar hazırlamışdır.

     

    Küngüt İstirahət Mərkəzində 19–25 mart tarixləri arasında iki nəfərlik otaqların qiyməti 99 manatdan başlayacaq. Oteldən verilən məlumata görə, 20-21 tarixlərində oteldə Tonqal Party keçiriləcək. Məhz bu günlərdə Yeni Ulduz iştirakçısı Nuri Kərimli öz qrupu ilə birlikdə otelin qonaqlarını canlı musiqi ilə feyziyab edəcək. Bundan əlavə, keçəl-kosa, bir-birindən maraqlı oyunlar, atla gəzinti və s. kimi əyləncələr sayəsində də qonaqların bayram günləri əlbəttə ki, daha yaddaqalan olacaq.

     

    Şəki Palace Otelinde 16–25 mart tarixlərində 2 nəfərlik otaqların qiymətləri 130 AZN-dən başlayır.

     

    Şəki Olimpiya Resort Otelində 20–26 Mart tarixlərində 2 nəfərlik otaqların qiyməti 140, 3 nəfərlik otaqların 160, 4 nəfərlik otaqların qiyməti isə 180 AZN-dən başlayacaq.

     

    Şəki Saray Otelində 2 nəfərlik otaqlar 90 manatdan başlayan qiymətlərlə təqdim olunacaq.  

     

    Sözü gedən otellərdə bayram günlərində hər hansı animasiya proqramlarının olması barədə məlumat verilməmişdir.

    Otellərdə yer rezervasiya etmək, həmçinin otellərin tam qiymət cədvəllərini əldə etmək üçün info@qonaq.info elektron ünvanına yaza və ya +99451 844 44 13 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.