Ekskursiyalar Qız qalası
  • Qız qalası

     

    Hündürlüyü 32 m, diametri birinci mərtəbədə 16,5 m-dir. Birinci mərtəbədə divarın qalınlığı 5 m-ə çatır. Qalanın daxili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yоnma daşlarla tikilmiş, günbəz fоrmalı tavanla örtülmüşdür. Qala 1964-cü ildən muzey kimi fəaliyyət göstərməyə başlamış, 2000-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına salınmışdır. Daşdan hörülmüş bu tavanların оrtasında dairəvi deşiklər vardır. Deşiklər şaquli xətt istiqamətindədir. Belə ki, VIII mərtəbənin tavanının оrtasında оlan dairəvi deşikdən baxdıqda birinci mərtəbənin döşəməsini görmək mümkündür. Qalaya yeganə giriş yоlu оnun qərb tərəfində, yerin əvvəlki səthindən 2 m hündürlükdə və 1,1 m enində оlan tağlı qapı yeridir.

    Azərbaycan emblemlərindən  biri olan Qız qalası Azərbaycan pul əskinaslarının üstündə də dəfələrlə təsvir edilmişdir.

    Qala divarları üzərindəki bir kitabədə ərəb dilində bu sözlər yazılmışdır: "Davudun oğlu Məsudun qülləsi". Bəzi tədqiqatçılar bu şəxsin Qız qalasını tikdirən feodal hakim olduğunu ehtimal edirlər. Qız qalasıyla bağlı əfsanə Azərbaycanda bir çox poema və teatr tamaşalarının mövzusu olmuşdur. 1940-cı ildə böyük bəstəkar Əfrasiyab Bədəlbəyli həmin əfsanənin motivləri əsasında ilk Azərbaycan baleti olan Qız qalası baletini yazmışdır. Balet ilk dəfə Azərbaycan Dövlət Opera və Balet Teatrında səhnələşdirilmişdir.

     

    Adres : Azərbaycan, Bakı