Restoranlar Nakhcivan
  • Nakhcivan

     

    Bakıdasınız ancaq milli Naxçıvan mətbəxinin təamlarından dadmaq istəyirsiniz? O zaman siz mütləq yolunuzu Nakhcivan restoranına salmalısınız. Nakhchivan restoranında müxtəlif növ Naxçıvan kababları, Ordubad qəlyanaltıları və desertləri, süfrənin şahı olan dadlı və ləzzətli aşın 15 növü və Naxçıvan mətbəxinin digər ənənəvi ləzizlərini dada bilərsiniz.

    Çox işıqlı və onun sayəsində olduğundan daha iri görünən zal iki yerə bölünüb – iri vitrin pəncərələrinin qarşısında yerləşən divan otağı və qədimi mebel dəsti olan adi otaq. VİP kabinetlərinin zəngin bəzədilməsi, dəbdəbəli pərdələr ilə uyğunlaşan gözəl divar kağızları elə təəssürat yaradır ki, sanki otağa indi Nobel və ya Tağıyev özü daxil olacaq. Restoranın obrazını Naxçıvan mətbəxinin ləziz yeməkləri tamamlayır. Nə qədər danışsaq azdır, gəlin və görün.

     

    Adres: Azərbaycan, Bakı, 8 Parlament Prospekti

    Tel: (+99412) 480 85 85

    E-mail: nakhcivan@beat.az 

    Web: http//beat.az/en/restaurants/nakhcivan