Otellər Boulevard Hotel Baku
  • Boulevard Hotel Baku

     

    Bakı Ağ Şəhər qəsəbəsinin ürəyində, şəhər mərkəzini Heydər Əliyev Beynəlxalq Hava Limanı ilə birləşdirən əsas yolların üzərində yerləşərək, otel Azərbaycanın ən geniş konfrans otelidir. Hazırda Bakının ən ekoloji təmiz rayonuna çevrilməkdə olan, keçmiş sənaye ərazisində salınan Bakı Ağ Şəhər müasir dünyanın ən böyük şəhərsalma inkişafı proyektidir.

    Bakının dənizkənarı Bulvarı boyunca və şəhərin əsas görməli yerləri yaxınlığında yerləşmiş Bulvar Otel Bakı 818 rahat standart və lyuks qonaq otaqları təklif edir. Biznes və ya istirahət məqsədi ilə gələn səyahətçilərin maksimal rahatlığı üçün Bulvar Otelin qonaq otaqları döşəmədən tavana kimi yüksələn və Xəzər dənizinin maneəsiz mənzərəsini təmin edən pəncərələri, müasir mebel və rahat yataq dəstləri ilə öyünür. 
     

    Geniş xidmət sahələri və imkanlara daxildir:

             24-saatlıq konsyerj masası və otaqda nahar

             Bütün kompyuter,surət çıxarma və faks xidmətləri ilə təchiz olunmuş biznes mərkəzi 

             Nəqliyyat xidmətləri (avtobus və limuzin xidməti)

             İstilik sistemi ilə təchiz edilmiş təhlükəsiz yeraltı qaraj

             Spa və sağlamlıq mərkəzi

             Gözəllik salonu

             Camaşırxana, quru-təmizləmə və ütüləmə

             Körpələr mərkəzi və uşaq baxıcılığı xidmətləri

     

    Adres: Azərbaycan, Bakı, Xəqani Rüstəmov Küçəsi 4C
    Tel: +994 12 310 0010
    E-mail: info.boulevard@absheronhotelgroup.com