Tədbirlər JARA 2018
  • JARA 2018

     

    Jara-2018” Beynəlxalq Musiqi Festivalı iyulun 26-dan 29-dək Bakıda “Sea Breeze Resort” istirahət mərkəzində keçiriləcək. Hər il Bakıda,  Xəzər dənizi sahilində keçirilən beynəlxalq yay musiqili festivalıdır. Yay aylarının ən iri və parlaq hadisəsidir. On minlərlə tamaşaçı və milyonlarla televiziya izləyicisi.
    Daha çox artist, musiqi, parlaq çıxışlar və non-stop rəqs. 4 gün sizinlə tanınmış Rusiya və xarici ulduzlar, müxtəlif ölkələrdən xüsusi qonaqlar.

    Festivalın təşkilatçıları müğənni və bəstəkar Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

    Iyulun 26-da festivalın açılış mərasimində Monatik, Qriqori Leps, Ani Lorak, Loboda, Emin, A`Studio, Dima Bilan, Sergey Lazarev, Qlyuk’oza, Qradusı, Nyusa, Nastya Kamenskix, Slava, Aleksey Çumakov, Artik & Asti, Black Star, Timati, Yeqor Krid, Mot, Xanna, Mişa Marvin və digər məşhur musiqiçilərin iştirakı ilə qala-konsert olacaq. İyulun 27-də Leonid Aqutin və Valeriyanın yubiley gecələri keçiriləcək. İyulun 28-də “Leninqrad” qrupu çıxış edəcək. İyulun 29-da Valeri Meladze, Lyubov Uspenskaya və Yuri Antonovun yaradıcılıq gecəsi təşkil olunacaq. Yubiley və yaradıcılıq gecələrində digər musiqiçilər də iştirak edəcəklər.  “Jara-2018”in biletləri dekabrın 1-dən satışa çıxarılıb.

     

    Adres: Azərbaycan, Bakı